EN

Tramp işsizlik rəqəmlərinə görə rəhbəri vəzifədən azad etdi

ABŞ Prezidenti Donald Tramp, işsizlik göstəricilərinin “gerçək olmadığını” iddia edərək Əmək Statistikaları Bürosunun rəhbəri Erika McEntarferi vəzifədən uzaqlaşdırıb. Onun sözlərinə görə, bu rəqəmlər ölkədəki iqtisadi vəziyyəti olduğundan pis göstərir.

News24.az xəbər verir ki, McEntarfer, əvvəlki prezident Co Bayden tərəfindən təyin edilmişdi. Tramp, onun yerinə “daha peşəkar və dürüst” bir şəxsin gələcəyini bildirib. Lakin, bu qərar iqtisadi statistikalara siyasi müdaxilə kimi qiymətləndirilib.

Yeni hesabatlarda məşğulluğun zəiflədiyi və əvvəlki ayların rəqəmlərinin aşağı yönlü dəyişdirildiyi qeyd olunub. Tramp isə bu rəqəmlərin “Respublikaçılar və onu gözdən salmaq üçün hazırlandığını” deyib.

Keçmiş rəsmilər və iqtisadçılar, bu qərarın ABŞ-ın statistik sisteminə ciddi zərbə vurduğunu bildirib.

Xeyrənsə Piriyeva

Chosen
30
news24.az

1Sources