EN

“Barselona” Mark Kasadonu satmağa hazırlaşır

İspaniyanın “Barselona” klubu heyətdə islahatlara başlamaq niyyətindədir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik, xüsusilə yarımmüdafiə zonasındakı sıxlığı azaltmaq istəyirlər.

Satışa çıxarılacaq mümkün oyunçular arasında akademiya yetirməsi Mark Kasadonun da adı çəkilir. 21 yaşlı futbolçu klubdan ayrılmaq istəməsə də, onun üçün 30 milyon avroluq rəsmi təklif gəldiyi təqdirdə, “Barselona”nın bu məbləği rədd etməsi çətin olacaq.

Kasadoya daha əvvəl “Çelsi”, “Arsenal” və “Mançester Yunayted”in maraq göstərdiyi bildirilsə də, hələlik Kataloniya klubu ciddi və nəzərəçarpacaq bir təklif almayıb.

Gənc yarımmüdafiəçi ötən mövsüm klub səviyyəsində 36 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
29
11
90deqiqe.az

10Sources