EN

"Bayern"in ulduzu sıradan çıxdı

Almaniya çempionu "Bayern"in yarımmüdafiəçisi Aleksandar Pavloviç sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçunun göz yuvası sümüyü sınıb.

21 yaşlı yarımmüdafiəçinin sağalma müddəti açıqlanmasa da, onun artıq əməliyyat olunduğu bildirilib.

Almaniya millisinin üzvü olan Pavloviç ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Aleksandar Pavloviç "Bayern"in yetirməsidir və 2023-cü ildə əsas komandada debüt edib.

Mirağa

Chosen
69
1
fanat.az

2Sources