EN

Azərbaycan Yaxın Şərq ölkələrinin də enerji təhlükəsizliyini təmin edir – Rufiz Hafizoglu

Bu gün Suriya ilə Azərbaycan arasında yeni bir mərhələnin başladığını müşahidə edirik. Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasında Yaxın Şərq dövlətləri ilə əlaqələr önəmli yer tutmaqdadır. Azərbaycanın Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə əlaqələrini canlandırması da bunu bir daha sübut edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoglu söyləyib.

O bildirib ki, Suriyada yeni hakimiyyətin formalaşmasından qısa bir müddət sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər etdi. Tərəflər arasında keçirilən rəsmi görüşlərdə Azərbaycan Suriyadan olduqca müsbət mesajlar aldı. Daha sonra isə Azərbaycan və Suriya prezidentlərinin lV Antalya Diplomatik Forumu çərçivəsində görüşləri oldu və bunun məntiqi ardıcıllığı kimi Suriya Prezidenti iyulun 12-də Azərbaycana səfər etdi.

"Azərbaycanın Yaxın Şərq siyasəti heç də yeni deyil. Digər bir tərəfdən Azərbaycan Yaxın Şərqdə münaqişələrin həlinə yönələn vasitəçilik missiyası ilə də çıxış edib. Təbii olaraq bu da Prezident İlham Əliyevin simasında Azərbaycanın hər yerdə olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş olduğunu təsdiqləyib.

Azərbaycanın enerji resurslara sahib olan digər ölkələrdən əsas fərqi odur ki, bu resursları heç vaxt təzyiq və siyasi mexanizm kimi istifadə etmir. Əksinə, bu resurslar və Azərbaycanın enerji layihələri yalnız regionun rifahına xidmət edir. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə sülhün kilid ölkəsi hesab edilən Suriya Azərbaycan üçün, eyni zamanda, bir enerji bazarıdır. Dünyada Azərbaycan qazı üçün artan rəqabət fonunda ölkəmizin qazının diversifikasiya imkanları daha da genişlənib. Azərbaycan, sadəcə, Avropanın enerji təhlükəsizliyini deyil, eyni zamanda, Yaxın Şərq ölkələrinin də enerji təhlükəsizliyini təmin edir. Digər bir tərəfdən xüsusi olaraq qeyd etmək istərdim ki, qardaş Türkiyənin enerji habına çevrilməsində Azərbaycanın rolu əvəzsizdir. Düşünmürəm ki, Azərbaycan çox ciddi potensialına sahib olan Yaxın Şərq enerji bazarında, sadəcə, Suriya ilə kifayətlənsin. Burada gələcək illərdə Suriya və İordaniya arasında qaz kəmərinin bərpa ediləcəyi təqdirdə Azərbaycan qazının İordaniyaya da çıxacağı istisna deyil, hətta bu qaz kəmərinin ölkəmiz tərəfindən bərpa edilməsi də gündəmə gələ bilər", - R.Hafizoğlu vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin balanslı mövqeyi, həm regional güclərlə, həm də qlobal aktorlarla qurduğu strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın Yaxın Şərqdə nüfuzunu artırıb, eyni zamanda, ölkəmizi etibarlı tərəfdaş kimi dünyada önə çıxarıb. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan bu siyasət nəticəsində Azərbaycan təkcə enerji və təhlükəsizlik sahəsində deyil, həm də humanitar və siyasi məsələlərdə Yaxın Şərqdə etibarlı söz sahibi kimi tanınır. Ölkəmizin Yaxın Şərqdə artan təsiri onun beynəlxalq müstəvidə müstəqil və milli maraqlara söykənən siyasət yürütməsinin təbii nəticəsidir. Bu uğurlu xətt gələcəkdə də regionun siyasi dinamikasında ölkəmizin aktiv iştirakını təmin edəcək.

Chosen
15
1
day.az

2Sources