EN

Məhəmməd Əl Bəşir: Qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq Suriya üçün böyük xoşbəxtlikdir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq Suriya üçün böyük xoşbəxtlikdir.

"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir bildirib.

Nazir sözügedən layihənin, söz verildiyi kimi, ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayıb.

"Yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər", - nazir qeyd edib.

Boru kəmərinin açılış mərasimi keçirilib

Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır

Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Chosen
45
11
apa.az

10Sources