EN

Yüksək hərarətlə xəstəxanaya getdi, 15 ildir yatağa bağlı yaşayır Fil xəstəliyinə yoluxan kişinin çarəsiz həyatı

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

İstanbulun Sultangazi bölgəsində yaşayan 49 yaşlı Seyfəddin Taşcı 15 il əvvəl yüksək hərarət şikayəti ilə xəstəxanaya müraciət edib. Lakin həmin gün aldığı fil xəstəliyi (tibbi adı ilə lenfödem) diaqnozu onun bütün həyatını geri dönüşü olmayan şəkildə dəyişib.

Yenisabah.az xəbər verir ki, diaqnoz qoyulduqdan sonra Seyfəddin Taşcının bədənində şişlər yaranmağa, çəkisi artmağa başlayıb. Zamanla xəstəlik irəliləyib və nəticədə onun hərəkət qabiliyyəti demək olar ki, tamamilə məhdudlaşıb. Hazırda o, artıq yeriyə bilmir və gündəlik ehtiyaclarını belə qarşılayacaq vəziyyətdə deyil.

15 ildir çarə axtaran Seyfəddin Taşcı müxtəlif xəstəxanalara müraciət etsə də, hələ də effektiv müalicə ala bilmədiyini deyir. Xəstəliyin irəliləməsi ilə yatağa qismən bağlı qalan Taşcı üzləşdiyi ağır vəziyyətin öhdəsindən təkbaşına gələ bilmir. Pepperoni pizza

O, yaşadığı acı reallığı belə ifadə edib:

“15 ildir fil xəstəliyi ilə mübarizə aparıram. Heç bir nəticə əldə edə bilmədim. Həkimlər deyir ki, bu xəstəliyin müalicəsi yoxdur. Artıq ehtiyaclarımı qarşılayacaq gücdə deyiləm. Çox çətin günlər keçirirəm və bütün səlahiyyətli şəxslərdən kömək istəyirəm”.

Fil xəstəliyi limfa sistemində yaranan problemlə bağlı bədənin müxtəlif nahiyələrində həddindən artıq şişkinliklə müşahidə olunan və olduqca nadir rast gəlinən bir xəstəlikdir. Bu xəstəliyə yoluxan insanlar zamanla həm fiziki, həm də psixoloji olaraq ciddi çətinliklərlə üzləşirlər.

Aydan Hacı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
yenisabah.az

2Sources