BAKI, TurkicWorld
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,33 ABŞ dolları və ya 1,83% azalaraq 71,37 dollar/barel təşkil edib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,35 dollar və ya 1,89% ucuzlaşaraq 69,95 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,33 dollar və ya 2,19% azalaraq, 59,52 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,31 dollar və ya 1,80% azalaraq 71,39 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.