Milli Hidrometeorologiya Xidmətinin avqustun 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib.
“İki sahil” xəbər verir ki, məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.