"Qalatasaray" klubu "Altınordu"dan Ömer Özyurtu transfer edib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 13 yaşlı futbolçu üçün 6 milyon tl ödəyəcək. Onlar eyni zamanda İzmir təmsilçisinə oyunçunun növbəti satışından 30 faiz pay verəcəklər.
Gələcəyin ulduz namizədlərindən sayılan Ömer bundan sonra inkişafını "Qalatasaray" akademiyasında davam etdirəcək.
"Sarı-qırmızılar" son günlərdə Ö. Ozyurtdan başqa akademiyaya daha 3 transfer edib: Mustafa Duru (2009), Arda Yılmaz (2008) və Bartu Bayraktar (2011).