EN

İngilislərin “Məhəmməd” sevgisi – 6 mindən çox körpəyə...

İngiltərədə valideynlərin uşaqlarına ən çox verdiyi ad məlum olub.

Yenisabah.az xəbər verir ki, rəsmi qeydiyyat sənədlərinə əsasən, son illərdə ölkədə oğlan uşaqları üçün ən çox seçilən ad “Məhəmməd”dir.

Məlumata görə, bu ad bir neçə fərqli yazılış forması ilə (Muhammad, Mohammed, Mohammad və s.) ümumilikdə 6 mindən çox körpəyə verilib. Bu da onu ölkədə ən populyar kişi adı halına gətirib. pizza mizza

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Noah” və “George” adları qərarlaşıb. Qız adları arasında isə “Olivia” uzun illərdir birinciliyi qoruyur.

Mütəxəssislər bu tendensiyanı İngiltərədə artan müsəlman əhalisinin və onların dini dəyərlərə bağlılığının göstəricisi kimi qiymətləndirirlər. Qeyd edək ki, “Məhəmməd” adı İslam peyğəmbərinin adı olaraq xüsusilə böyük əhəmiyyət daşıyır və çox geniş yayılıb.

Statistik məlumatlar Böyük Britaniya əhalisinin mədəni müxtəlifliyini və ad seçimlərindəki dəyişiklikləri də əks etdirir.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
40
yenisabah.az

1Sources