EN

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları və ya 1,82 % azalaraq 71,37 ABŞ dollarına enib. 

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftinin qiyməti 1,35 ABŞ dolları və ya 1,89 % azalaraq 69,95 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin oktyabr fyuçersləri 71,39 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku çərçivəsində hasil olunur. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65 % paya malikdir.


 

 

Chosen
21
44
anews.az

10Sources