Cənubi Koreyalı futbolçu Son Hın Min “Tottenhem”dən ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu özü açıqlama verib. O, London klubu ilə vidalaşdığını deyib.
Son 2015-ci ildən “Tottenhem”də çıxış edirdi. O, Premyer Liqada 333 oyunda127 qol vurub, 77 məhsuldar ötürmə edib.