EN

Finiş xəttini keçdikdən sonra öldü - 35 yaşlı idmançı

İtalyan atlet Mattia Sella “CorrinConca di Thiene” yarışında finiş xəttini keçdikdən sonra ailəsinin gözü qarşısında dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Corrieredelveneto” məlumat yayıb.

Belə ki, 35 yaşlı idmançı səkkiz kilometrlik yarışdan ibarət 11-ci mərhələnin sonunda vəfat edib.

O, finişdən sonra hasara söykənib və yerə yıxılıb. Əvvəlcə həkimlər idmançının qan şəkərinin aşağı olduğunu düşünüb. Lakin o, stimullara cavab verməyib və nəfəsi kəsilib.

Həkimlər Sellanın həyatını xilas etmək üçün 40 dəqiqə çalışsalar da, cəhdləri uğursuz olub.

Chosen
5
sportinfo.az

1Sources