EN

Ərdoğan: “Qəzzada son yüz ilin ən amansız soyqırımı baş verir”

Ərdoğan:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qəzza zolağında baş verənlər “son yüz ilin ən amansız soyqırımıdır”.O, bu fikirləri İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbi iştirakçıları qarşısında çıxışı zamanı səsləndirib.“Qəzzada son yüz ilin ən qəddar soyqırımı yaşanır. Yalnız uşaqlar və körpələr deyil, insanlığı təcəssüm etdirən hər şey bir ovuc cinayətkarın əli ilə məhv edilir,” – deyə Ərdoğan bildirib.O vurğulayıb ki, Ankara Qəzzə xalqına və HƏMAS hərəkatına dəstəyini davam etdirir, baxmayaraq ki, Qərb tərəfindən buna görə təzyiqlərə məruz qalır:“Fələstin müqavimətinə (HƏMAS) ‘terror’ damğası vuraraq İsrailin rəğbətini qazanmağa çalışanlara baxmayaraq, biz qəhrəman Qəzzə xalqından üz çevirmədik. Qəzzəli qardaşlarımız şəhidlərin qanı ilə sulanmış bu mübarək torpaqlarda azad və əbədi yaşayacaqlar. Ümid edirəm ki, biz Qəzzada və Suriyada zorakılığın sonunu görəcəyik. Biz o günlərə mütləq şahid olacağıq,” – deyə Türkiyə Prezidenti vurğulayıb.Ulusum.az

Diqqət Çəkənlər

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO

İrandan Rusiyaya “kahı” adıyla narkotik aparılırmış – Gömrükdə ələ keçdi

Chosen
3
ulusum.az

1Sources