Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəddəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinədövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindənməlumat verilib.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyattədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.