EN

İngiltərəli futbolçu 29 yaşında karyerasını bitirə bilər

İngiltərə millisinin sabiq futbolçusu Dele Alli karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. “Komo” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi əvvəli performansını bərpa edə bilmir və bu səbəbdən karyerasını bitirmək niyyətindədir.

Alli bu ilin yanvarından “Komo”dadır. O, ötən mövsümdə cəmi 1 oyuna çıxıb.

İngilis futbolçu karyerası ərzində “Tottenhem”, “Beşiktaş” kimi klublarda çıxış edib.

Chosen
61
1
futbolpress.az

2Sources