EN

KİV: FTB Trampın adını Epşteynin işindəki sənədlərdən çıxarıb

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın və digər tanınmış şəxslərin adlarını uşaqlara təcavüzdə ittiham olunan maliyyəçi Cefri Epşteynin işindəki sənədlərdən redaktə edib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, FTB sənədləri mümkün nəşrə hazırlayarkən redaktə edib.

2006-cı ildə Epşteynlə bağlı federal təhqiqat başlayanda Tramp və sənədlərdə adı çəkilən digər adamlar özəl şəxslər olduqları üçün onların adlarının gizlədilməsi qərara alınıb.

Daha sonra FTB və Ədliyyə Departamenti bu sənədlərin dərcinin məqsədəuyğun və ya əsaslandırılmayacağına dair qərar verib.

Chosen
16
2
report.az

10Sources