Bakı. Trend:
Almaniya Federal Cinayət İdarəsi (BKA) iqtisadi cinayətlərinötən il ölkəyə 2,76 milyard avro ziyan vurduğunu açıqlayıb. Bu,əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur.
Trend xəbər verir ki, BKA-nınməlumatına əsasən 2024-cü ildə Almaniyada 61 mindən çox iqtisadicinayət qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 57,6 faizçoxdur.
Şlezviq-Holştayn federal əyalətində genişmiqyaslı istintaqtədbirləri zamanı aşkarlanan cinayətlər statistikada mühüm yertutub. Xüsusilə səhiyyə sahəsində saxtakarlıq və yanlışhesablamalarla bağlı çoxsaylı hadisələr aşkara çıxarılıb. BKAsəhiyyə sistemindəki hesab-faktura saxtakarlıqlarının əhəmiyyətlimaliyyə itkilərinə səbəb olduğunu açıqlayıb. Bu sahədə cinayətkarqruplaşmaların və hətta təşkilatlanmış cinayətlərin artdığımüşahidə olunur və bu fəaliyyətləri çirkli pulların yuyulması vəvergi pozuntuları da müşayiət edir. BKA Almaniyada əhalininyaşlanması və səhiyyə xərclərinin davamlı artmasının bu cürcinayətlərin gələcəkdə daha da artmasına şərait yarada biləcəyibarədə xəbərdarlıq edib.
Məlumata əsasən, ötən il iqtisadi cinayətlərin 88,9 faizininüstü açılıb. Bu, əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur.