EN

Azərbaycan ATƏT in Minsk Qrupunun ləğvini zəruri hesab edir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi, Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş "Helsinki+50" konfransında verdiyi bəyanatda, təşkilatın regionda sülhü təmin etmək səylərinin uğursuzluğunu və köhnəlmiş mexanizmlərin dəyişdirilməsi zərurətini vurğulayıb.

Oxu.Az xəbər verir ki, bəyanatda 1975-ci il Helsinki Sazişinin Avropada sülh üçün əsas prinsiplər - sərhədlərin toxunulmazlığı və güc tətbiqindən imtinanı təsdiqlədiyi qeyd olunur.

Lakin bildirilir ki, onilliklər boyu bu qaydaların seçici şəkildə tətbiqi regionda təhlükəsizliyi zəiflədib. Azərbaycan bu prinsiplərin kobud pozulmasının qurbanı olub və öz təcrübəsinə əsaslanaraq qəti şəkildə bildirir ki, ATƏT yalnız bu prinsiplərə sadiq qalmaqla sabitliyi təmin edə bilər.

Azərbaycan nümayəndələyi vurğulayıb ki, ATƏT-in münaqişələrin həllində fəal rol oynaya bilməməsi səbəbindən Bakı ölkənin ərazi bütövlüyünü öz qüvvəsi ilə bərpa etməyə məcbur olub: "Buna görə də, artıq aktuallığını itirmiş Minsk prosesi ilə bağlı strukturların ləğvi xüsusi əhəmiyyət kəsb edir. Təşkilatın məhdud resursları real ehtiyaclar üzrə istiqamətləndirilməli, büdcə şəffaflığı və hesabatlılıq artırılmalıdır".

Azərbaycan tərəfi, həmçinin, ATƏT-in transmilli təhdidlər və digər təhlükəsizlik çağırışları ilə bağlı praktik əməkdaşlığa üstünlük verməsini təklif edir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan çoxtərəfli diplomatiyanın tərəfdarıdır və ATƏT-in regionda təhlükəsizliyi gücləndirə biləcək potensialına inanır. Bakı öz prioritetləri əsasında təşkilatla əməkdaşlığa hazır olduğunu bir daha təsdiq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
oxu.az

2Sources