EN

Bakıda skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - VİDEO

Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.

Sportinfo.az xəbər verir ki, 99-RN-005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş.

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıb.

Skuterlə hərəkət edən Ü.Əhmədova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
21
sportinfo.az

1Sources