EN

Fidan HƏMAS lideri ilə Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, görüşdə HƏMAS lideri Qəzzaya buraxılan humanitar yardımın miqdarının ehtiyacları qarşılamadığını bildirib.

 

Fidan Türkiyənin danışıqların davam etdirilməsinə dəstəyini vurğulayıb.

Chosen
34
9
senzor.az

10Sources