EN

Rusiya hökuməti Ermənistan üçün hərəkətə keçdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Ermənistanın taxılla təminatına diqqəti artırıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hökumət səlahiyyətli qurumlara Gürcüstan Hərbi Magistralında sel səbəbindən hərəkət dayandırıldıqdan sonra taxıl daşıyan yük maşınlarının Yuxarı Lars çoxtərəfli avtomobil buraxılış məntəqəsindən Ermənistana keçməsini təmin etməyi tapşırıb.

Baş nazirin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, bunu İrəvan xahiş edib: " Biz çalışırıq ki, Ermənistana lazım olan taxılın çatdırılmasında gecikmələri minimuma endirək".

Qeyd edək ki, iyulun 31-də Gürcüstan Hərbi Magistralında sel təhlükəsi ilə əlaqədar bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Bu gün axşam saatlarına olan məlumata görə, Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün 3000-dən çox yük maşınının elektron növbəyə daxil olduğunu bildirib.

Avqustun 1-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi Gürcüstan ərazisində yolun hərəkət hissəsinin təmizlənməsi və avtonəqliyyat vasitələrinin təhlükəsiz keçməsinin mümkünlüyü ilə əlaqədar yolda hərəkətin bərpa olunduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
www.bakupost.az

1Sources