EN

İsrailin hava limanına ballistik raketlər atdılar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yəməndən İsrailə raket zərbəsi endirilib.

“Qafqazinfo”  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion hava limanını hipersonik ballistik raketlə hədəfə aldıqlarını açıqlayıb.

Husilərin sözçüsü Yəhya Sariya Təl-Əviv yaxınlığında yerləşən Ben Qurion hava limanına Fələstin-2 hipersonik ballistik raketi ilə hücum etdiklərini və hücumun uğurlu olduğunu bildirib.

İsrail ordusu Yəməndə husilərin atdığı ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu və həyəcan siqnallarının işə salındığını bəyan edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
6
qafqazinfo.az

10Sources