EN

Litva Belarusa nota verdi

Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakues.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, iyulun 28-də Belarusdan uçan dronun Litvanın hava məkanına qanunsuz daxil olmasına görə diplomata etiraz notası təqdim edilib.

“XİN Belarusdan dərhal bu hadisə ilə bağlı ətraflı izahat verməyi və növbəti pozuntuların qarşısını almağı tələb edib”, – Litva XİN-in bəyanatında deyilir.

Chosen
21
icma.az

1Sources