EN

Slovakiya Televiziya və Radiosunun binasında narkotik tapıldı

BAKI, 2 avqust. TELEQRAF

Polis Slovakiya Televiziya və Radiosunun binasında külli miqdarda narkotik aşkar edib.

Teleqraf Markíza telekanalına istinadən xəbər verir ki, nəticədə iki nəfər saxlanılıb.

Polisin məlumatına görə, əməliyyat zamanı yarım kiloqramdan çox kokain, demək olar ki, bir kiloqram ketamin, ekstazi və marixuana aşkar edilib. Binada on minlərlə avro dəyərində külli miqdarda pulun olduğu da ehtimal edilir.

Telekanalın məlumatına görə, məxfi polis əməkdaşları narkotik vasitələri STVR binalarından birinin tavanından tapıblar.

Hesabatda həmçinin qeyd olunur ki, saxlanılan şəxslər bütün Bratislava boyunca narkotik tədarük etməli olan dilerlər imiş.

Chosen
15
teleqraf.com

1Sources