EN

ABŞ-də baş verən atışmada dörd nəfər ölüb

Amerikanın Montana ştatının Anakonda şəhərində baş verən atışmada dörd nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Partlayıcı Maddələr, Tütün, Alkoqol və Odlu Silahlarla Mübarizə Bürosu “X” sosial şəbəkəsində məlumat yayıb.

“Büro Montana ştatının Anakonda şəhərində bir neçə nəfərin ölümünə səbəb olan atışma ilə bağlı araşdırma aparır”, - agentliyin açıqlamasında deyilir.

Yerli “NBC Montana” kanalı bildirib ki, atışma “Owl Bar”da baş verib. Şübhəli şəxs 45 yaşlı Maykl Braun hadisə yerindən qaçıb və yerli polis onun fotosunu dərc edib.

Artıq hüquq-mühafizə orqanları Braunun Anakondadakı evində də axtarış aparıb.

Chosen
32
16
report.az

10Sources