Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.