EN

“Neftçi”nin yeni fanklubu var: Avropada yaşayan azarkeşlər birləşdi

“Neftçi”nin Avropada yaşayan azarkeşləri yeni fanklub yaradıb.

“Football-plus.az” xəbər verir ki, tərəfdar qrupunun adı “Platform 37”di. Bu barədə fanklubun sosial şəbəkə hesabında paylaşım edilib:
“Əziz Avropada yaşayan “Neftçi” azarkeşləri, Avropanın müxtəlif ölkələrində yaşayan sadiq və fədakar “Neftçi” tərəfdarları olaraq, uzun müddətdi davam edən təşəbbüs və koordinasiyanın nəticəsi kimi “Platform 37” yaradıldı. Ad həm tarixi, həm də rəmzi məna daşıyır. “Platforma” Azərbaycan neftçisinin iş yeri, zəhmət və əzmkarlıq yeridi. “Neftçi” adını daşıyan klubun ruhunda məhz bu zəhmətkeşlik dayanır. “37” isə klubumuzun yaranma ili olan 1937-ci ili təmsil edir. Kollektivin əsas məqsədi Avropada məskunlaşmış bütün “Neftçi” azarkeşlərini bir araya gətirmək, kluba olan sevgimizi daha da güclü formada nümayiş etdirmək, matçlarda təşkilatlanaraq “Neftçi”nin tribunalarını coşğulu azarkeşlərimiz ilə birləşdirməkdi. Bizim üçün oyunun növü və ya statusu fərq etmir: futbol və ya basketbol, rəsmi turnir və ya yoldaşlıq görüşü, əsas olan “Neftçi”di. “Platform 37” olaraq, inanırıq ki, “Neftçi”mizi hər yerdə dəstəkləmək və təmsil etmək bizim azarkeşlik borcumuzdu. Harda “Neftçi” çıxış edirsə, biz də orda olacağıq. Bu hərəkat yalnız bir fanat qrupu deyil, klubun tarixinə, ruhuna və dəyərlərinə sadiq olan azarkeşlərin birliyidi. Kollektivin ilk rəsmi tribunadakı çıxışı “2025 FIBA Europe Cup” çərçivəsində keçiriləcək “Trefl Sopot” – “Neftçi” İK basketbol qarşılaşmasında baş tutacaq. Oyun Polşanın Sopot şəhərində keçiriləcək və kollektivin üzvləri bu matçda “Neftçi”ni tribunadan dəstəkləmək üçün Avropanın fərqli ölkələrindən təşkilatlanaraq iştirak edəcək. Vətəndən uzaq olsaq da, “Neftçi”dən ayrı düşmərik!”
KƏNAN BAHADIR
Chosen
10
1
football-plus.az

2Sources