EN

Günün altında satılan qarpız zəhərlənməyə səbəb olur?

Yay mövsümünün vazkeçilməz qida məhsullarından biri qarpız-yemişdir.

Qarpız yemiş marketlərlə yanaşı, yol kənarlarında açıq şəkildə satılır. 

Maraqlıdır, günün altında satıan qarpız-yemişlər nə dərəcədə təhlükəlidir?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, gün altında olan qarpız heç də təhlükəli deyil. Qarpız üstüörtülü şəkildə günün altında qala bilər, bu zaman məhsul daha yaxşı yetişir:

"Ancaq qarpızın yetişdirilməsi zamanı azotlu gübrələrdən normadan çox istifadə olunubsa, hətta sərin şəraitdə saxlasaq belə, bu cür məhsulların istehlakı yenə zəhərlənməyə səbəb ola bilər. Günün altında qarpızın saxlanması onun nəmlik miqdarının azalmasına, xarab olmasına və istehlak üçün yararsız olmasına gətirib çıxarır".

Sevinc

Chosen
13
hit.az

1Sources