"Real"da qarşıdakı mövsümdÉ™ Kilian Mbappenin É™vÉ™zlÉ™yicisinin kimin olacağı ilÉ™ baÄŸlı daxili müzakirÉ™lÉ™r aparılır.Â
QOL.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
"Kral klubu" həm Endrikə, həm də Qonsalo Qarsiyaya böyük ümidlər bəsləyir. Lakin hər iki futbolçunun əsas heyətdə oynamaq istəyi klub rəhbərliyinin planlarını çətinləşdirir.
Endrikin ətrafı artıq klub rəhbərliyinə onun heç bir halda icarəyə getmək fikrində olmadığını bildirib. Qonsalo Qarsiya da "Real"dan ayrılmaq istəmir, baxmayaraq ki, ona İngiltərə klublarından maraq var.
Xüsusilə vurğulanır ki, 21 yaşlı hücumçu Qarsiya klubun baş məşqçisi Xabi Alonsonu klublararası dünya çempionatındakı çıxışı ilə təsirləndirib. O, sözügedən turnirdə 6 oyunda 4 qol vurub.
Qeyd edək ki, Endrik ötən mövsüm "Real"ın heyətində 37 oyunda meydana çıxaraq 7 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.