EN

Bakıya bir sutkaya qayıdan komandanın ƏSAS ADAMLARI

Felipe Santosun proferssorsayağı ötürməsi, Şarl Bolinin ağıl dolu zərbəsi, Simakalanın təkbaşına rəqib müdafiəçiləri yorması, Andradenin meydandakı ağalığı, Avramın möhtəşəm qurtarışları...

Siz Allah, “Araz-Naxçıvan”ı gördünüz?

“Aris”ə qarşı Bakıda yox, Salonikidə nümayiş etdirdilən futbolu və əzmkarlığı ildə 1-2 dəfə görmək mümkündür. Şablondan uzaq, qeyri-adi, maraqlı futbolu deyirəm.

Bu komandanın stadionu və məşq meydanı yoxdur.

Bu komandanın geniş işçi heyəti yoxdur.

Klubun özünün fotoqrafı yoxdur.

Bu komanda səfərə çarter yox, tranzit reyslə gedib, oyundan bir sutka sonra Bakıya qayıdır.

Ancaq “Aris” kimi köklü kluba futbol dəsri keçməklə Konfrans Liqasının III mərhələsinə yüksəldi.

Çünki bu komandanın Elmar Baxşıyev kimi bacarıqlı, işini bilən, təmkinli, sadə, ağzına gələni danışmayan, seleksiyadan başı çıxan baş məşqçisi var. Aylar öncə onu Qurban Qurbanova bənzətməklə səhvə yol vermədiyimi bir daha anladım.

Klubun qeyri-rəsmi də olsa, Zaur Axundov kimi idmanı bilən, idmançıların qanını içən, buna baxmayaraq, özünü sevdirməyi bacaran, pulu küçələrə səpməyən, tələbkar, bir o qədər də anlayış sahibi olan rəhbəri var.

Bu klubun Eldəniz Yusifov kimi az qala günün 24 saatını işləyən, həm rəhbər, həm də fəhlə işini görən “gizli silahı” var.

Ona görə də heyəti yığmamışdan əvvəl səxavətli və bacarıqlı rəhbərin, nəticə qazanmağı bilən baş məşqçin, klubdakı mühüm postlar üçün layiqli işçilərin olmalıdır.

“Neftçi”də Sadıq Sadıqov dönəmi yadınızdadır da.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
20
sportinfo.az

1Sources