EN

Rusiya Avropa ilə böyük müharibəyə BELƏ HAZIRLAŞIR – Korotçenko

  “Oreşnik” raketi Avropanın Rusiya ilə müharibə hazırlığına cavabdır.

Bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Hərbi ekspert qeyd edib ki, Qərb ölkələri Ukraynanı dəstəkləməyi və 2030-cu ilə qədər Rusiya ilə böyük müharibəyə tam səfərbər olmağı planlaşdırır.

Ekspertin fikrincə, o vaxta qədər Rusiya kifayət qədər “Oreşnik” sistemləri istehsal edəcək ki, bu da ona NATO-nun üstünlüyünü azaltmağa imkan verəcək.

Korotçenko “Oreşnik” sisteminin yaradılmasını Rusiyanın ölkə ətrafında yaranan hərbi-siyasi vəziyyətə reaksiyası adlandırıb../Globalinfo.az  

Chosen
64
1
referans.az

2Sources