EN

​iPhone 17 seriyasının görüntüsü internetə sızdırıldı -

iPhone 17 seriyasını əks etdirən fotolar internetə sızdırılıb.Metbuat.az xəbər verir ki, hələ təqdim edilməyən iPhone 17 və Pro modelləri dizaynında və rəng palitrasında əhəmiyyətli detallara malikdir. Bundan əvvəl Apple-ın yeni seriyalar üçün dizayn dəyişiklikləri edəcəyi barədə iddialar irəli sürülmüşdü və internetə sızdırılan fotolarda bu əksini tapıb. Paylaşılan şəkillərdə bütün iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max modelləri nümayiş edilib. Məlum olub ki, Apple klassik qara və ağ rəng seçimlərini saxlayıb. Eyni zamanda yeni modellərdə yaşıl və çəhrayı rəng seçimləri var. Əsas fərq yalnız Pro modellərində mövcud olacaq narıncı rəngdir. Apple loqosu da əvvəlki versiyalarla müqayisədə aşağıda yerləşdirilib. Digər tərəfdən, Pro modellərinin arxa tərəfinə daha böyük kamera yerləşdirilib.

Chosen
28
1
metbuat.az

10Sources