EN

Ukrayna bu il müharibəni bitirmək istəyir – Sıbıqa konkret tarix göstərdi

Ukraynanın xarici işlər nazirinin müavini Andriy Sıbıqa bildirib ki, rəsmi Kiyev 2025-ci ilin sonunadək Rusiya ilə müharibənin başa çatmasını hədəfləyir. Onun sözlərinə görə, bu, Ukraynanın strateji məqsədidir və beynəlxalq tərəfdaşlarla birgə atılan addımlar da bu istiqamətdədir.

“Biz bu il ədalətli və dayanıqlı sülhə nail olmaq istəyirik. Bütün səylərimiz bu məqsədə yönəlib”, – deyə Sıbıqa vurğulayıb.

Sıbıqa həmçinin qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) bazar ssenarisinə əsasən, müharibə 2025-ci ilin son rübündə başa çata bilər. Daha pessimist ssenaridə isə münaqişənin 2026-cı ilin ortalarınadək davam etməsi ehtimal olunur.

Nazir müavini Rusiyanın hələ də danışıqlar prosesini imitasiya etdiyini, lakin Ukraynanın yalnız real addımlar və konkret razılaşmalar gözlədiyini bildirib. Xüsusilə də ABŞ tərəfindən irəli sürülmüş 30 günlük atəşkəs planına Moskvanın cavab verməsi vacib sayılır.

Sıbıqa əlavə edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar daha sərt və dağıdıcı olmalıdır ki, Kreml müharibəni davam etdirmək imkanından məhrum olsun.

//Samir Qurbanov, Editor.az

Chosen
3
editor.az

1Sources