EN

Nazirə yeni müşavir təyin olundu - DOSYE

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib. 

FED.az xəbər verir ki, bu vəzifə Pərviz Yusifova həvalə olunub.

Qeyd edək ki, Pərviz Yusifov təsərrüfat əməliyyatları, idarəetmə və strateji konsaltinq sahəsində 10 ildən artıq təcrübəyə malik kənd təsərrüfatı ekspertidir. 

Qeyd edək ki, P.Yusifov bundan öncə 8 il «Agro Food Investments» şirkətlər qrupunda çalışıb və bu qurumun törəmə şirkəti olan «GrandAgro-Invitro» MMC-nin baş icraçı direktoru, «Zəfər Bağları» şirkətində layihə rəhbəri, «Grand-Agro» MMC-də kənd təsərrüfatı əməliyyatları direktoru, Bağların idarə olunması şöbəsinin müdiri, Kənd Təsərrüfatı Tədqiqat və İnkişaf Qrupunun Rəhbəri, Kənd təsərrüfatı mühəndisi kimi vəzifələrdə çalışıb.

Eyni zamanda Pərviz Yusifov «AzBadam» şirkətində Bağların idarə olunması şöbəsinin müdiri, «YPARD» şirkətində ölkə nümayəndəsi işləyib.

Nazir müşaviri daha əvvəllər «NPC Agro» və «AZ-GRANATA» şirkətlərində də çalışıb.

Chosen
65
30
fed.az

10Sources