EN

Zelenski Putini təkbətək görüşə çağırdı “Rusiyanın hazır olması lazımdır”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin son bəyanatlarına cavab verib.

“AzPolitika” xəbər verir ki, öz “telegram” kanalında paylaşım edən Zelenski müharibəni dayandırmaq və davamlı sülhü təmin etmək üçün ölkə liderləri səviyyəsində görüşün lazım olduğunu qeyd edib.

Zelenski yazıb ki, Ukrayna Donald Trampın müharibəyə, bütün qətllərə son qoymaq, ləyaqətli və davamlı sülhə nail olmaq səylərini görür və dəstəkləyir: “Biz Rusiyanın bəyanatlarını eşidirik və əgər bu, müharibə üçün daha çox vaxt udmaq və sanksiyaları təxirə salmaq cəhdləri yox, onların müharibəni ləyaqətlə başa vurmağa və həqiqətən də davamlı sülhün bərqərar olmasına ciddi hazır olduqlarının siqnalıdırsa, o zaman Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşə hazır olduğunu bir daha təsdiqləyir”.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiya Federasiyasında kimin qərar verdiyini və bu müharibəni kimin bitirməli olduğunu anlayır: "Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyədə bəyanat və görüş mübadiləsindən liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir. Amerika bunu təklif etdi. Ukrayna bunu dəstəklədi. Rusiyanın hazır olması lazımdır".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
azpolitika.info

3Sources