EN

“Bu şərtlər yerinə yetirilərsə...” Putin yenə “kapitulyasiya” deyir...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

4 ilə yaxındır davam edən Ukraynaya qarşı işğalçılılq müharibəsinbdəki dəhşətli itkilər, günahsız insanların ölümü, şəhərlərin, kəndlərin dağıdılması, əvəzində Rusiyanın bütün dünyada “izqoy” vəziyyətinə salınması, dünyanın aparıcı enerji və maliyyə bazarlarından qovulması, iqtisadiyyatının sarsılması, Şimali Koreya və İran kimi ölkələrlə eyni sırada duraraq, onlardan silah-sursat dilənməsi və s. kimi acınacaqlı duruma baxmayaraq, Vladimir Putin bu savaşı dayandırmaq fikrində deyil. O bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bugünkü qeyri-rəsmi görüşündə də təsdiqləyib.

Putin guya müharibəni bitirməyə hazır olduğunu deyib: “2024-cü ilin iyununda olan şərtlərlə müharibəni bitirməyə hazırıq. Biz danışıqları davam etdirməyi gözləyirik. Əgər Kiyev hesab edirsə ki, indi danışıqların vaxtı deyil, Moskva gözləməyə hazırdır. Əsas məqsəd Ukraynadakı böhranın səbəblərini aradan qaldırmaq və Rusiyanın təhlükəsizliyini təmin etməkdir”. 

Müharibəyə qədər 30 milyonluq əhalisi və zəif ordusu olan Ukraynanın 140 milyonluq nüvə dövləti və 1 milyonluq ordusu olan Rusiyaya necə və hansı təhlükəni törədə biləcəyi sualı isə açıq qalıb...

Putin deyib ki, guya "Ukraynada heç bir vaxt məhdudiyyəti olmayan uzunmüddətli sülhün əldə edilməsinin tərəfdarıdır".

O, həmçinin Rusiya hakimiyyətini “Ukraynadan fərqli olaraq legitim” adlandırıb. Rusiya mətbuatının yazdığına görə, Putin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda baş tutan görüşləri “ümumi olaraq müsbət qiymətləndirib”.

Putinin yenə 2024-cü ilin iyunundakı şərtləri irəli sürməsi, əslində, birmənalı olaraq, onun sülh istəmədiyinin açıq bəyan edilməsidir. Belə ki, ötən il iyunun 14-də Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına başlamaq üçün irəli sürdüyü şərtləri Kiyevdən faktiki kapitulyasiya tələbi idi. Həmin şərtlər Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını və Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri ərazilərindən çıxarılmasını tələb edirdi. 

Beləliklə, Putin Ukraynanın nəzarəti altında olan bir sıra iri şəhərlərin: Zaporojye, Xerson, Kramatorsk, Slavyansk, Pokrovskun verilməsini, sonradan Ukrayna tərəfindən "yeni ərazi reallıqları"nın - Krımın, Donetskin, Luqanskın, Zaporojyenin və Xersonun Rusiya ərazisi kimi rəsmən tanınmasını, bundan əlavə, Ukraynanın silahsızlaşdırılmasını, neytral, bloklara qoşulmayan, qeyri-nüvə statusu daşımasını, habelə Ukraynanın rusdilli əhalisinin "hüquqlarının təmin edilməsini" və Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsini istəyir. Bütün bunlar faktiki olaraq, Rusiyanın tamamilə qanunsuz, vəhşi işğalının qəbulu, tanınması və Ukarynanın tam kapitulyasiyası deməkdir. Bu şərtlərin qəbuledilməz olduğunu bilə-bilə onları yenidən təkrarlamaq o deməkdir ki, gücdən başqa heç bir dil anlamayan Putin Rusiyası müharibəni və ordusunun hərbi cinayətlərini davam etditrmək niyyətindədir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
azpolitika.info

1Sources