EN

Türkiyəli şəhid övladları "YAŞAT" düşərgəsində olublar - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının övladları "YAŞAT" fondunun Lənkəranda təşkil edilmiş yay düşərgəsində olublar.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Haber Global" süjet tÉ™qdim edib.

Bildirilib ki, 18 türkiyəli uşaq və yeniyetmə azərbaycanlı şəhid övladları ilə bir araya gəliblər.

Onlar birlikdə əylənib, müxtəlif yarışmalara qatılıb, bilik və bacarıqlarını bölüşüblər.

Qeyd edək ki, iyulun 12-də açılan yay düşərgəsi avqustun sonlarınadək fəaliyyət göstərəcək.

 

Chosen
7
2
moderator.az

3Sources