EN

Ərdoğan Qəzzadakı vəziyyəti “əsrin ən qəddar soyqırımı” adlandırdı

BAKI, 1 avqust. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı vəziyyəti “əsrin ən qəddar soyqırımı” kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkə başçısı İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib: “Əsrin ən amansız soyqırımı Qəzzada baş verir. Təkcə uşaqlar və körpələr deyil, insanlıq simvolu olan hər şey bir ovuc cinayətkarın əli ilə məhv edilir. Türkiyə Qərbin təzyiqlərinə baxmayaraq, HƏMAS hərəkatına, eləcə də bütövlükdə Fələstin anklavının sakinlərinə dəstəyindən əl çəkməyib. Qəzzadakı qardaşlarımız bu torpaqlarda azad və əbədi yaşayacaqlar”.

Chosen
12
3
teleqraf.com

4Sources