EN

"Levski" - "Sabah" oyununun biletləri satışda

Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" arasında keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb. Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.

Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/26 mövsümü üçün platin üzvlük kartları olanlar biletləri əldə edə biləcək. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22.00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Chosen
89
23
football-plus.az

10Sources