EN

“Atəşgah” sığorta şirkəti “BMW” markalı avtomobillər üçün xüsusi Kasko kampaniyasına start verdi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müştərilərini daim yeni məhsullar və sərfəli təkliflərlə sevindirən “Atəşgah” sığorta şirkəti bu dəfə “BMW” markalı avtomobillər üçün xüsusi KASKO kampaniyasına start verdi.

1 avqust – 1 sentyabr tarixlərini əhatə edən “BMW ayı” aksiyası çərçivəsində müştərilər KASKO sığorta məhsulunu cəmi 2.2% tariflə əldə edə bilərlər. Bundan əlavə, sığorta haqqını 10 hissəyə bölərək mərhələli şəkildə ödəmək imkanı da mövcuddur.

Kampaniyanın şərtlərinə daxildir:

* Kampaniya yalnız 2015-ci il və ondan sonrakı illərdə istehsal edilmiş “BMW” markalı avtomobillərə şamil olunur

* Elektromobillər, Rent a Car və taksi fəaliyyəti üçün istifadə edilən avtomobillərin iştirakı istisnadır

* Tarif- 2.2 %

Qeyd: 1000 AZN-dən artıq birdəfəlik ödəniş həyata keçirən şəxslərə 50 AZN dəyərində yanacaq kartı hədiyyə olaraq təqdim olunacaq.

Əlavə məlumat və müraciət üçün “940” nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” sığorta şirkəti etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın nümunəsi olaraq, 28 ildən artıqdır ki, keyfiyyətli sığorta xidmətləri göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır. “Atəşgah” sığorta şirkəti müştərilərinə daha maraqlı təkliflər etməyi davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
qafqazinfo.az

3Sources