GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Polşada təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama qarşılaşmasında Kiprin AEL komandası ilə qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, “Mieyski” stadionunda keçirilən matçda 2:2 hesablı bərabərlik qeydə alınıb.
Qeyd edək ki, daha öncə “Hapoel” (Təl-Əviv/İsrail, 1:1) və “Termalika” (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.