EN

Sergey Lavrov: Vaşinqtonla Ukrayna üzrə danışıqlar faydalıdır

"Rusiya və ABŞ arasında cari ilin əvvəlindən bəri Ukrayna mövzusunda aparılan məqsədyönlü müzakirələr faydalı olub və nəticələr verir".

Operativ Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, ABŞ administrasiyasının birbaşa dialoqu bərpa etməsi normal diplomatik praktikanın bir hissəsidir:

“Hazırkı ABŞ administrasiyasının birbaşa dialoqu bərpa etməsi diplomatik normalara tam uyğundur. Bayden dövründə bu cür ünsiyyətdən imtina edilməsi isə sağlam məntiqə zidd idi. İlkin nəticələr göstərir ki, bu il Moskva və Vaşinqton arasında Ukrayna məsələsi üzrə aparılan məzmunlu müzakirələr faydalıdır və nəticələr verir”.

Lavrov əlavə edib ki, ABŞ prezidenti Donald Trampın israrlı mövqeyi nəticəsində “Kiyev rejimi” İstanbul danışıqlarını bərpa etməyə razılaşıb.

Chosen
27
1
operativmedia.az

10Sources