EN

BQXK-nın rəhbərinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov missiyası yekunlaşan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, C.Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Tərəflər görüşdə BQXK-nın ölkədəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşı tərəf Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Chosen
22
30
metbuat.az

10Sources