EN

Ürəyin bir nömrəli düşməni sayılan tərəvəzin adı açıqlandı

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yay aylarında qida rasionumuzda daha çox yer alan tərəvəzlər sağlamlıq üçün çox faydalıdır.

BAKU.WS xəbər verir ki, lakin bəzi növ tərəvəzlər var ki, düzgün və nəzarətsiz istifadə edildikdə xüsusilə ürək-damar sisteminə ciddi zərər vura bilər.

Qidalanma üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə qızardılmış və ya duzlu formada istifadə olunan kartof ürək üçün ən təhlükəli tərəvəzlərdən biri hesab olunur.

Kartof tərkibində yüksək miqdarda nişasta və karbohidrat daşıyır. Xüsusilə qızardılmış kartof (çips və fast food məhsulları daxil olmaqla) həm trans yağlarla, həm də duzla zəngin olur. Bu da:

Qan təzyiqinin yüksəlməsinə

Arteriyaların daralmasına

Xolesterin səviyyəsinin artmasına

Ürək ritmində pozulmalara səbəb ola bilər.

Aparılan araşdırmalar göstərir ki, həftədə 4 dəfədən çox qızardılmış kartof istehlak edənlərdə ürək-damar xəstəliklərinə tutulma riski əhəmiyyətli dərəcədə artır.

Əgər kartofdan tamamilə imtina etmək çətindirsə, onu suda bişmiş və ya sobada az yağla hazırlanmış formada istehlak etmək tövsiyə olunur. Eyni zamanda şirin kartof (batat), kök, brokkoli, ispanaq və avokado kimi ürək dostu tərəvəzlərə üstünlük vermək daha məqsədəuyğundur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
baku.ws

2Sources