EN

“Freaky Friday”nin davamı gəlir

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2003-cü ildə ekranlara çıxan və ana-qız münasibətlərinin dəyişdirilmiş formada təqdim olunduğu “Freaky Friday” filminin davamı çəkilib.

Kulis.az xəbər verir ki, "Disney"in yeni layihəsində baş rollarda yenidən Camie Li Kurtis və Lindsay Lohan yer alıb.

Film, iyirmi ildən sonra eyni ailə dinamikasını bu dəfə daha mürəkkəb vəziyyətlə ekrana gətirir.

Yeni filmdə Lindsay Lohan canlandırdığı Anna obrazının artıq ana olduğu bir dövrə qayıdır.

O, ögey qız övladlığa götürmək, valideyn olmaq və yeniyetmə qızı ilə münasibətləri yoluna qoymaq kimi mövzularla qarşı-qarşıyadır.

Qeyd edək ki, o, 2022-ci ildə “Falling for Christmas” adlı Milad filmi ilə kinoya qayıtmışdı. İndi isə “Freakier Friday” onun Disney ilə on ildən sonra ilk əməkdaşlığıdır.

"Kurtlar Vadisi"nin aktyoru: "Bir də çəkilsə, oynamaram"

Musiqili Teatrda mövsümün son yubileyi

Tanınmış aktyor vəfat etdi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
kulis.az

1Sources