Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.
Axar.az xəbər verir ki, bu barədə Barat Yusubov sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim: bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm", - paylaşımda qeyd edilib.