EN

Rusiyada rus dilini bilməyən miqrantlar işə götürülməyəcək

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək.

Olaylar Trend-ə istinadən xəbər verir ki, yeni hazırlanmış əmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyən miqrantların işə götürülməsinə icazə verilməyəcək.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Nazirlər Kabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb.

Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasən Rusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslı işçilərdir.

Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq edilmiş "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" Federal Qanunun 15-1 və 18-ci maddələrinə dəyişikliklər edilərək hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
48
16
olaylar.az

10Sources