EN

Ritter: Putin bölgədə Rusiyanın dominant mövqeyini ortaya qoydu - ÖZƏL

Rusiya Prezidenti Vladimir Putinin Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdə əsas mesajı ondan ibarət olub ki, Ukrayna məsələsi üzrə danışıqlar prosesi döyüş meydanındakı real vəziyyətə əsaslanmalıdır və burada Rusiya üstünlük təşkil edir.

Olaylar xəbər verir ki, bu fikri amerikalı analitik Skott Ritter "Sputnik"-in efirində səsləndirib.

"O yerlərdə ki, Rusiya ordusu ukraynalılarla təmasdadır, orada üstünlük əldə edir və bu üstünlüyü davam etdirəcək. Heç nə onları dayandıra bilməz. Məncə, bu da Rusiya prezidentinin əsas mesajlarından biridir," - deyə o bildirib.

Ritter ABŞ-ın keçmiş prezidenti Donald Trampın, NATO-nun və Aİ ölkələrinin Kiyev rejiminə əlavə silah-sursat verəcəyinə dair vədlərini "boş söz" adlandırıb.

Bundan əvvəl isə Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk, Putin və Lukaşenko görüşündən sonra Ukraynanı "başlanğıca qayıtmağa" çağırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources