EN

Məşhur basketbolçu yeni liqa YARADIR

“Los-Anceles Leykers”ın hücumçusu Lebron Ceyms biznes tərəfdaşı Maverik Karter və Nikola Yokiçin avropalı agenti Misko Rajnatoviç ilə birlikdə yeni basketbol liqası üzərində işləyir.

Bizim.Media xəbər verir ki, yeni liqada investorlar siyahısına Sinqapur hökuməti, Səudiyyə Ərəbistanının suveren fondu və Makaodakı kazino operatoru daxil olacaq.

Liqanın altı kişi və altı qadın komandasından ibarət olacağı və turların dünyanın müxtəlif şəhərlərində (səkkiz şəhər olmalıdır) baş tutacağı bildirilir.

Həmçinin qeyd olunur ki, basketbolçular ədalətli şəkildə mükafat almalıdırlar. Bundan başqa onlar eyni vaxtda başqa yerdə, o cümlədən MBA-da oynaya bilməyəcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
23
bizim.media

1Sources